Siyasət

Prezident Administrasiyasının yeni strukturu

29 noyabr / 17:26 1 dəq
D72031d9 b27d 4e66 8a27 cef52e09de65
29 noyabr / 17:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

“Bölgənin səsi” Prezidentin rəsmi saytına istinadən sərəncamı təqdim edir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin .

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı