Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

NATO Baş katibi: Ukraynanın təslim olması sülh deyil

11 mart / 14:59 2 dəq
Images 2024 03 11T145912.388
11 mart / 14:59
Burada sizin reklamınız ola bilər

“Ukraynanın təslim olması sülh deyil”.

Qerbxeber.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO baş qərargahında İsveçin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl İsveç Baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Baş katib deyib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə qarşı NATO öz sərhədləri boyunca mövcudluğunu gücləndirib.

“Putin iki il əvvəl tammiqyaslı işğalçı müharibəni başlayanda daha az NATO mövcudluğu görmək və öz qonşuları üzərində daha çox nəzarəti ələ keçirmək istəyirdi. O, Ukraynanı suveren bir ölkə kimi məhv etmək istəyirdi lakin o, uğursuzluğa düçar oldu. Bu gün NATO daha böyük və daha güclüdür, Ukrayna NATO üzvlüyünə daha əvvəl heç olmadığı qədər yaxınlaşıb və Ukrayna cəsarətlə öz azadlığı uğrunda savaşmağa davam edir, biz onların yanında dayanırıq”, – Stoltenberq deyib.

Baş katib Yens Stoltenberq vurğulayıb ki, alyansın Ukraynaya hərbi yardımı orada insanların həyatını xilas edir və “bu yardım davam etməlidir”.

“Bu müharibəni Rusiya başlatdı və Putin bunu bu gün də bitirə bilər, lakin Ukraynanın belə bir seçimi yoxdur, təslim olmaq sülh deyil. Biz Ukraynanı gücləndirməyə davam etməli və Putinə göstərməliyik ki, o, döyüş meydanında istədiyini əldə edə bilməyəcək. O, masaya oturmalı və Ukraynanı suveren və azad bir ölkə olaraq tanımalıdır”, – NATO-nun Baş katibi deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı