Dünya

Mirzoyan: Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyir

7 mart / 15:01 1 dəq
Mirzoyan
7 mart / 15:01
Burada sizin reklamınız ola bilər

Ermənistan Respublikası olaraq səmimi şəkildə (Türkiyə ilə-red.) tezliklə dövlət sərhədlərinin açılmasını istəyirik.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib.

Mirzoyan sərhədlərinin açılmasının faydalı olacağını düşündüyünü bildirib.

Onun sözlərinə görə, əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin inkişaf etməsi ilk əvvəl insanlara faydalı olacaq və “Ermənistan vətəndaşlarının əksəriyyəti bunun fərqindədir”.

Paylaş
Burada sizin reklamınız ola bilər