Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qərb Xəbər TV

Bakıda ABŞ-da təhsil alan məzunlarla görüş keçirilib

1 mart / 16:05 2 dəq
1 mart / 16:05
Burada sizin reklamınız ola bilər

Fevralın 29-da Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

ABŞ səfirliyinin məlumatına görə, səfir Mark Libby tədbirdə çıxış edərək, Gələcək Liderlər Mübadiləsi (FLEX) və Hubert H. Humphrey Təqaüd proqramlarının 30 və 45 illik ildönümünü qeyd edib və ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının yaradılmasının 20 illik yubileyini vurğulayıb.

Hər il keçirilən tədbir bu dəfə ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarından faydalanmış 8000-dən çox azərbaycanlı məzunların şərəfinə təşkil olunub.

ABŞ təhsilli məzunlarla görüş (Mənbə: ABŞ səfirliyi)
ABŞ təhsilli məzunlarla görüş (Mənbə: ABŞ səfirliyi)

Səfir Libbi məzunların həm karyera boyu gostərdikləri faydanı, həm də yaşadıqları icmalara verdikləri töhfələri vurğulayıb, bu günün və sabahın liderlərini ABŞ və Azərbaycan xalqları arasında münasibətləri möhkəmləndirməyə davam etməyə təşviq edib.

Bundan öncə ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika universitetlərinin məzunları ilə görüşü ötən il noyabrın 27-də Bakıda Marriott Absheron otelində keçirilməyi planlaşdırmışdı.

Azərbaycanın iqtidaryönümlü mediasında dərc edilən təhdidedici yazılardan sonra ABŞ səfirliyi təntənəli görüşü təxirə salıb. Belə ki, bir sıra media orqanlarında ABŞ-da təhsil alanlar “ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsi”, “məxfi əməkdaşlığa cəlb edilmiş”lər kimi xarakterizə edilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi ötən il noyabrın 13-də bildirib ki, 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-da təhsil alır. Bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.

Bundan öncə isə ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, bunun 2020-ci illə müqayisədə otuz faizdən çox artdığını xatrıladıb.

amerikanın səsi

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı