Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Von der Leyen: Rusiyanın dondurulmuş pulu ilə Ukraynaya silah almağın vaxtıdır

28 fevral / 14:04 2 dəq
65def9bcdf9cc65def9bcdf9cd170911174065def9bcdf9ca65def9bcdf9cb
28 fevral / 14:04
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi təchizat almaq üçün istifadə etməyi nəzərdən keçirməlidir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Avropa Parlamentində çıxışında bildirib:

“Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən Ukraynaya hərbi texnika almaq üçün istifadə etmək barədə söhbətə başlamağın vaxtıdır. Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz məkana çevirmək üçün bundan daha güclü simvol və bu puldan daha böyük fayda ola bilməz”.

Von der Leyen Aİ üçün müharibə təhlükəsinin “qaçılmaz ola biləcəyini, lakin eyni zamanda, qeyri-mümkün olmadığını” da deyib.

“Müharibə riskləri artırılmamalıdır, lakin onlara hazır olmaq lazımdır və bu, üzv dövlətlərin silahlı qüvvələrinin yenidən qurulması, hərbi arsenalının artırılması və modernləşdirilməsindən başlayır”, – Ursula von der Leyen vurğulayıb.

Çıxışında von der Leyen Komissiyanın yaxın həftələrdə təqdim edəcəyi yeni Avropa Müdafiə Sənayesi Strategiyası barədə də danışıb və deyib ki, onun əsas məqsədlərindən biri birgə satınalmalara üstünlük vermək olacaq:
“Avropa döyüşlərdə qalib gələn yeni nəsil əməliyyat imkanlarını inkişaf etdirməyə və istehsal etməyə çalışmalıdır. Bu, növbəti beş ildə müdafiə sənayesi imkanlarımızı təmin etmək deməkdir”.

Onun sözlərinə görə, Avropanın müdafiə sahəsində göstərdiyi səylər NATO-ya ehtiyacı azaltmayacaq: “Əslində, daha suveren Avropa, xüsusən də müdafiə sahəsində, NATO-nun güclənməsi üçün həyati əhəmiyyət kəsb edir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı