Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiyanın Ukraynada 408 min hərbiçisi öldürülüb-AÇIQLAMA

24 fevral / 18:59 3 dəq
əsgər
24 fevral / 18:59
Burada sizin reklamınız ola bilər

2022-ci il fevralın 24-də müharibə başlayandan indiyədək döyüşlərdə Rusiyanın 408 min hərbçisi öldürülüb.

Qerbxeber.com  bildirir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalyov bildirib.

Savaşın ikinci ildönümündə yeni statistikalar açıqlayan qurum rəsmisi ilk dövrlərlə müqayisədə hazırda müharibənin gedişində ciddi dönüşün olduğunu söyləyib: “İki il əvvəl bizim tərəfdaşlarımızdan heç biri Ukrayna xalqının Rusiyaya effektiv müqavimət göstərə biləcəyinə inanmırdı. O vaxt Rusiya qoşunları Kiyevi 3 günə tutmağı planlaşdırırdılar. İndi isə bunu heç yada da salmırlar. Rusiya Ukrayna xalqının ruhunu, çoxsaylı könüllülərin ordu sıralarına qoşulacağını nəzərə almamışdı”.

O deyib ki, 2022-ci ilin fevral-mart aylarında Ukrayna atıcı silahlarla, “Kalaşnikov” avtomatları və tank əleyhinə NLAV-lərlə müharibə aparırdı: “Bunu mən şəxsən Kiyevin müdafiəsinin iştirakçısı kimi deyə bilərəm. Bu gün isə artıq ən son silahlara, xüsusən “Patriot” hava hücumundan müdafiə sistemlərinə malikik və yaxın gələcəkdə “F16” təyyarələrinin və bir çox digər müasir silah növlərinin çatdırılmasını gözləyirik. Müharibədən əvvəl Ukraynanın 44 min kvadrat kilometr ərazisi Rusiya tərəfindən zəbt olunmuşdu. İndi ərazimizin daha 64 min 600 kvadrat kilometri işğal edilib. Ukrayna müdafiə qüvvələrinin əks-hücum əməliyyatları zamanı 40 min kvadrat kilometr ərazimiz azad olunub”.

A.Kovalyovun sözlərinə görə, Rusiyaya məxsus ən son model 6530 tank vurulub. Bundan başqa, qarşı tərəfin 12500-dən çox zirehli döyüş maşını, 1000-dən çox raket zərbə sistemi və 680 zenit-raket müdafiə sistemi, ən əsası 340 döyüş təyyarəsi sıradan çıxarılıb.

“Bu rəqəmlər durmadan artır, çünki Ukrayna Silahlı Qüvvələri hər gün Rusiyanın texnikasını vurur və şəxsi heyətini zərərsizləşdirir”, – sözçü bildirib.

Onun iddiasına görə, Rusiyanın gündəlik canlı qüvvə itkisi minə yaxındır: “Krım yarımadasını işğaldan azad edilməsi əməliyyatını uğurla həyata keçiririk. Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları fəal şəkildə məhv edilir. İndiyədək qarşı tərəfin 25 gəmisini vurmuşuq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı