Qərb Xəbər TV

MN: Sabah gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək

17 fevral / 14:28 1 dəq
Fe01f673 7eb4 369d a49f 715b88b2f8d7
17 fevral / 14:28
Burada sizin reklamınız ola bilər

Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

“Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər