Elm və Texnologiya

“Qatillərin beyinlərinin morfologiyası fərqlidir!”-Professor Yusif Osmanovun yazısı

16 fevral / 16:31 3 dəq
Beyin
16 fevral / 16:31
Burada sizin reklamınız ola bilər
Hüceyrə səviyyəsində izah: 
Aktivlərinə iki və daha çox qətl hadisələri yazan psixopatların autopsiyası zamanı bir qanunauyğunluqla rastlaşmışam: qatillərin beyinlərinin morfologiyası fərqlidir! Əsas dəyişikliklər alın pay(lar)ının prefrontal və gicgah pay(lar)ının ön kənar(lar)ında baş verir.
 Manyaklarda sözügedən sektorlarda boz qabıq maddəsinin qalınlığı digər zonalara nisbətən daha nazik olur. Bu sektorlarda empatiyanın və günah hissinin mərkəzləri yerləşdiyindən defektləri insanı yırtıcıya çevirə bilirlər. Empatiya və günah hissi mərkəzlərinin zədələnməsi adətən, travmatik mənşəli olur.
Maniakal intensiyalara rəvac verən mərkəzlərindən biri də limbik sistemdir, ələlxüsus, beyin badamcıqları və ya amiqdal cisim deyilən formasiyada gedən dəyişiklklər çox ciddi psixopatik davranışlara yol açır. Amiqdal cisimdə emosiyanın və davranışın mərkəzləri lokallaşdığından onun ciddi aberrasiyaları zamanı insan idarəolunmaz vəhşi məxluqa çevrilir. Emosiya və davranış mərkəzlərinin zədələnməsi adətən, şiş mənşəli olur.
Yalnız neyroanatomiyada gedən dəyişiklər qeyri-adekvat, vəhşi xislətli reflekslərə səbəb olmur. Bir neçə seriyalı qatildə bunun şəxsən şahidi olmuşam. Hətta mikroskopik səviyyədə sezilə bilməyən çatışmazlıq zamanı beyin tikələrinin molekulyar tədqiqatı maraqlı nəticələr vermişdi. Neyronların FISH-analizi onlarda MAOA və CDH13 mutant allellərini aşkarlamışdı. MAOA və CDH13 allellərinə “döyüşçü genləri” də deyirlər. MAOA- gen normada məmnunluq hissi gətirən dopaminin sintezinə cavabdehdir.
MAOA-genin mutasiyasına məruz qalmış şəxslərdə, spirtli içkidən və ya narkotik vasitədən istifadə zamanı, dopaminin miqdarı o hədlərə çatır ki, insan hiperaqressiv subyektə dönür. Mutasion CDH13 geninin ekspressiyası da insan psixikasında sosiuma qarşı etinasızlıq və nifrət hissləri yaradaraq subyekti potensial qatilə çevirir.
MAOA və CDH13 mutant allelləri İRSİ qazanılır.
yusif osmanov
Yusif Osmanov- PATOLOQ-ANATOM, KLİNİK PATOLOQ, ONKOMORFOLOQ, TİBB ELMLƏRİ DOKTORU
İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin professoru
Paylaş
Burada sizin reklamınız ola bilər