Hadisə

Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verdi

16 fevral / 10:49 1 dəq
Eli esedov
16 fevral / 10:49
Burada sizin reklamınız ola bilər

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Qerbxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə Əli Əsədovun namizədliyi irəli sürülüb.

Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.

Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.

 

Paylaş
Burada sizin reklamınız ola bilər