“Qərb Xəbər” saytında Qazax gəncləri ilə görüş
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı ilə “Təcrübə üçün səfər et” layihəsi çərçivəsində Qazax gəncləri üçün regionda fəaliyyət göstərən “Qərb Xəbər” saytına və “Radio Qərb”ə infotur təşkil olunub.
Ziyarət zamanı KİV-in rəhbəri Məhərrəm Göyüşoğlu tərəfindən gənclərə saytın və onlayn radionun tarixi, gördüyü işlər barədə ətraflı məlumat verilib. Həmçinin gənclər xəbərin hazırlanma prosesi, radionun fəaliyyət prinsipləri haqqında haqqında məlumatlandırılıblar.




Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı