Dünya

Biz anlayırıq ki, Ukraynadan kənarda eskalasiya… – Rusiya

14 fevral / 09:32 1 dəq
Ukrayna xerite 90 gun
14 fevral / 09:32
Burada sizin reklamınız ola bilər

Qərb liderləri pul və silah yardımı ilə Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inanaraq ciddi səhvə yol verdilər.

“Qərb Xəbər” məlumat verir ki, bunu Britaniyanın “Skay Nyus” telekanalına müsahibəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.

“Rusiyanı heç cür məğlub etmək olmaz. Ukraynadan fərqli olaraq, Rusiyada siyasi vəziyyət sabitdir və iqtisadiyyatı kifayət qədər sürətlə inkişaf edir”, – o qeyd edib.

Kelinin sözlərinə görə, Rusiya Polşa və ya digər Baltikyanı ölkələrə hücum etmək məqsədi güdmür:

“Biz tam başa düşürük ki, Ukraynadan kənarda hər hansı eskalasiya qlobal münaqişəyə gətirib çıxaracaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər