Dünya

Zelenski: “ATACMS raketlərinin tədarükü ilə bağlı ABŞ ilə razılığa gəlinməyib”

10 fevral / 09:40 1 dəq
65c6e83c2780e65c6e83c2780f170753439665c6e83c2780c65c6e83c2780d
10 fevral / 09:40
Burada sizin reklamınız ola bilər

Ukrayna ABŞ-nin uzaqmənzilli ATACMS raketlərinin tədarükü ilə bağlı razılıq əldə edə bilməyib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə keçirdiyi görüşününü nəticələrindən danışarkən bildirib.

“Bu gün mən iki partiyalı konqresmen nümayəndə heyəti ilə görüşdüm. Silahlarımızın, xüsusən də 300 kilometrlik ATACMS-in atış məsafəsinin vacibliyini vurğuladım, bununla bağlı təəssüf ki, hələlik heç bir qərar yoxdur”, o, bildirib.

Bir müddət əvvəl Amerikanın “Foreign Affairs” jurnalı “Rusiya Ukraynanın irəliləyişini necə dayandırdı” başlıqlı məqaləsində Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğunu “silah çatışmazlığı” ilə əsaslandırmağı şübhəli adlandırmışdı.

Eyni zamanda, CNN qeyd edib ki, ABŞ-nin yardımının dayandırılması Ukrayna Silahlı Qüvvələrinin “uzaq mənzilli” imkanlarına təsir edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər