Dünya

Ermənistan hökuməti Rusiya sərhədçilərinin İrəvan aeroportunda fəaliyyətindən narazıdır, araşdırma başladılıb

10 fevral / 09:33 1 dəq
65c6896c370a765c6896c370a8170751012465c6896c370a565c6896c370a6
10 fevral / 09:33
Burada sizin reklamınız ola bilər

Ermənistan hökuməti Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanındakı fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Son bir neçə ayda Rusiya sərhədçiləri hava limanında çoxsaylı özbaşınalıqlar törədiblər.

Son olaraq sosial şəbəkələrdə məlumat yayılıb ki, “Zvartnots” hava limanında Rusiya sərhədçiləri Bişkek-İrəvan reysi ilə gələn Qırğızıstan vətəndaşına yaxınlaşaraq, ona ABŞ-də keçiriləcək prezident seçkilərində Trampa səs verməsini istəyiblər.

Qırğızıstan vətəndaşı da cavabında Ermənistana uçduğunu və ABŞ-la heç bir əlaqəsi olmadığını deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər