Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ liderləri: Ukrayna ilə bağlı verilən qərar həm Putin, həm də ABŞ üçün siqnaldır

2 fevral / 08:55 2 dəq
65bbbe62f235b65bbbe62f235c170680278665bbbe62f235965bbbe62f235a
2 fevral / 08:55
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Ukraynaya yardımı təsdiqləməsi qərarı həm Putin, həm də ABŞ üçün siqnaldır.

“Qərb Xəbər” məlumat verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen birgə keçirdikləri mətbuat konfransında deyiblər.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib ki, Avropa İttifaqının Ukraynaya 50 milyard avro yardımla bağlı razılaşması Rusiya Prezidenti Vladimir Putinə güclü mesajdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Ukraynaya verilən dəstəyin ABŞ vergi ödəyicilərinə də bir mesaj olduğunu bildirib:

“Ukrayna həm də bizim inandığımız dəyərlər uğrunda, BMT Nizamnaməsindəki prinsipləri qorumaq üçün savaşır. Biz Ukraynaya hərbi, maliyyə yardımı ilə yanaşı, siyasi dəstək də veririk. Bütün bunlar göstərir ki, biz Kremlin, Moskvanın davranışından çəkinmirik. Mən ABŞ-nin adından danışa bilmərəm, ancaq əminəm ki, bugünkü qərar həm də ABŞ-də Ukraynaya dəstək verməkdə qərarlı olanlara yardım edəcək”.

Şarl Mişel qeyd edib ki, bu qərar gələcəkdə Ukraynaya sabit dəstəyi təmin edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı