Dünya

ABŞ İraqla Suriyadakı İran hədəflərinə və hərbi qüvvələrinə zərbələr endirə bilər

2 fevral / 08:51 1 dəq
65bbb913b686165bbb913b6862170680142765bbb913b685f65bbb913b6860
2 fevral / 08:51
Burada sizin reklamınız ola bilər

ABŞ İraqla Suriyadakı İran hədəflərinə və hərbi qüvvələrinə zərbələr endirə bilər.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “CBS News” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin İraq və Suriyada bir çox hədəflərə, o cümlədən İranın şəxsi heyəti və obyektlərinə qarşı hava şəraitinə uyğun bir neçə gün zərbələr endirmək planı artıq təsdiqlənib.

Rəsmilər CBS-ə bildiriblər ki, zərbələrin vaxtını əsasən hava şəraiti müəyyən edəcək, çünki Vaşinqton hədəfləri vurarkən təsadüfən mülki şəxslərə dəyməməsinə əmin olmaq üçün aydın səma istəyir.

Qeyd olunub ki, zərbələr İranın dəstəklədiyi qruplaşma tərəfindən keçən həftə sonu İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olmuş pilotsuz uçuş aparatlarının hücumuna cavab vermək məqsədi daşıyır.

Paylaş
Burada sizin reklamınız ola bilər