Dünya

Orta Dəhliz iştirakçıları ilə Aİ arasında sazişin imzalanması təklif olunur

29 yanvar / 16:26 1 dəq
65b79097a66d965b79097a66da170652891965b79097a66d765b79097a66d8
29 yanvar / 16:26
Burada sizin reklamınız ola bilər

Qazaxıstan Orta Dəhliz iştirakçıları ilə Avropa İttifaqı arasında saziş imzalamağı təklif edib.

“Qərb Xəbər” TASS“a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Brüsseldə keçirilən Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda deyib.

Onun sözlərinə görə, respublika hakimiyyəti Xəzər dənizinin sahilindəki Aktau və Kurık limanlarını sonradan özəlləşdirmə imkanı ilə Avropa şirkətlərinin idarəçiliyinə təqdim etməyə hazırdır.

“Biz Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – red.) iştirakçıları ilə Avropa İttifaqı arasında bu marşrutun inkişafı ilə bağlı saziş imzalamağı təklif edirik”, – deyə nazir vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər