Rusiya MSK Putini prezidentliyə namizəd kimi qeydə alıb
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Vladimir Putini 2024-cü ilin martında keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi qeydə alıb.
“Qərb Xəbər” Rusiya KİV-lərə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Səsvermə üç gün davam edəcək (15, 16 və 17 mart). Hazırda dövlət başçısı postu uğrunda 11 nəfər mübarizə aparır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı