Dünya

İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin məhkəməsi bu gün başlayır

27 yanvar / 10:04 2 dəq
65b490604db9065b490604db91170633225665b490604db8e65b490604db8f
27 yanvar / 10:04
Burada sizin reklamınız ola bilər

“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılıb”.

“Qərb Xəbər” məlumat verir ki, bu Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunun birinci ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Nazirlik İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin məhkəməsinin bu gün başladığını açıqlayıb.

“İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir”, – bəyanatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər