Qərb Xəbər TV

Jurnalist Səbuhi Məmmədli vəfat edib

17 yanvar / 08:39 1 dəq
65a6fc8cb5e9365a6fc8cb5e94170544244465a6fc8cb5e9165a6fc8cb5e92
17 yanvar / 08:39
Burada sizin reklamınız ola bilər

Azərbaycan mediasına ağır itki üz verib.

Lent.az saytının əməkdaşı, tanınmış jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Müsavat” qəzetləri ilə əməkdaşlıq edib.

Səbuhi Məmmədli 10 ildən çoxdur “Lent.az” saytında çalışıb.

Allah rəhmət eləsin!

Paylaş
Burada sizin reklamınız ola bilər