Ukrayna Rusiya ərazisinə zərbə endirib, Voronejdə fövqəladə vəziyyət elan edilib
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.
“Qərb Xəbər” məlumat verir ki, bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.
O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.
Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.
Vilayətin qubernatoru Aleksandr Qusev bildirib ki, Ukraynanın PUA zərbələri nəticəsində 35 mənzilə ziyan dəyib.




