Hadisə

Şəmkir sakini İran vətəndaşından onlayn yolla narkotik vasitə alıb – FOTO

15 yanvar / 08:42 2 dəq
65a4b4b1924f765a4b4b1924f8170529297765a4b4b1924f565a4b4b1924f6
15 yanvar / 08:42
Burada sizin reklamınız ola bilər

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “QərbXəbər”ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəmkir rayon sakini Namiq Hüseynov Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə və əlində olan torbaya keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqramdan artıq olan marixuana və yarım kiloqramdan artıq olan tiryək aşkar edilərək götürülüb.

Dindirilmə zamanı N.Hüseynov narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. N.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şəmkir sakini İran vətəndaşından onlayn yolla narkotik vasitə alıb - FOTO Şəmkir sakini İran vətəndaşından onlayn yolla narkotik vasitə alıb - FOTO

Paylaş
Burada sizin reklamınız ola bilər