Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Anasız yaşamaq: DÜNYA BOYDA TƏNHALIQ-professor Yusif Osmanov

9 yanvar / 12:01 2 dəq
Photo 5204064718849956720 y
9 yanvar / 12:01
Burada sizin reklamınız ola bilər
   Ola bilsin sağlamsan. Ola bilsin gümrahsan. Ola bilsin ailəndə əmin-amanlıqdır. Ola bilsin ocağının işığına hər axşam əzizlərin yığışır. Ola bilsin həyatında çox məqsədlərə nail olmusan. Amma…
Amma içində bir tənhalıq var. Dünya boyda tənhalıq. Anasız yaşamaq çox çətindir, çox. İçin göynəyir, ruhun ağlayır. Sevinclərinlə də təksən, kədərlərinlə də…
  ana ve körpe hormonlari
Bu foto, funksional Maqnit Rezonans Tomoqrafda, ana ilə körpə arasında yaranan bağları çox gözəl nümayiş etdirir. Şahanə görüntülərdir.
Ana və bala beyinlərində sinxron oyanan kimyəvi reaksiyalar ömürlük, müqəddəs əlaqənin qurulmaqda olan körpüləridir. Monoamin transporterlərə birləşərək beyin hüceyrələrində ülvi hisslər doğuran neyrotransmitterlər pak məhəbbətin carçıları qismində çıxış edirlər.
Sözügedən neyrotransmitterlər- sevgi (oksitosin), bağlılıq (vazopressin), məmnunluq (dopamin) və xoşbəxtlik (serotonin) hormonlari olmaqla iki canı bir ruha qovuşdururlar. Bu hormonlar körpə fidanın beynində elə dərin izlər buraxırlar ki, böyüyüb yaşa dolsan da isti ana nəfəsini duyan an yenidən sintez olunurlar.
Heç kim və heç nə əvəz edə bilmir bunu. Heç kim və heç nə…
Məni yaşadan yalnız, hər gün insanlara bəxş etdiyim sevinc müqabilində, valideynlərimə ünvanlalan rəhmətdir!
Prof.Yusif Osmanov
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı