Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Qazax xəngəli və İtalyan pappardellesi-İbrahim Nəbioğlundan

7 yanvar / 12:48 2 dəq
İbrahim nebioglu
7 yanvar / 12:48
Burada sizin reklamınız ola bilər

PAPPARDELLE – TOSKANA XƏNGƏLİ

Mən bir dəfə pappardelle yemişdim.
Elə bil Qazax xəngəli idi.

Mən italyanların Appenin yarımadasına babalarımın yaşadığı torpaqlardan köçdüyünü iddia etmirəm. Amma…

Axı tarixdə xalqlar yeni kəşflər, yeni yaşayış məntəqələri üçün hər zaman Şərqdən Qərbə hərəkət ediblər.
Belədir axı…
Vaxtım olsa ortaya bir iddia atardım, amma qalsın sonraya.
Qayıdaq italyanların xəngəlinə…

Pappardelle İtaliyanın Toskana bölgəsinə xas makarondur.
Bu makaron növü digərlərinə görə

yastı (bizim xəngəl kimi);
geniş (bizim xəngəl kimi);
böyükdür (bizim xəngəl kimi).

Ancaq Pappardelle Qazax xəngəlindən fərqli olaraq kvadrat və ya romb şəklində, yəni “yayma yarpaq” kimi kəsilmir, açılandan sonra xəmiri (biz tərəfdə “xamır” deyirlər) uzunlamasına kəsirlər.
Bəzən onları fəsəli kimi yuvarlayıb qurudurlar…daha uzun müddət saxlamaq mümkün olsun deyə.

Pappardelle italyanca “pappare” sözündən gəlir.
Pappare isə nə deməkdir, bilirsizmi – “acgözlüklə yemək”.

Bunu bir dəfə dostlarımdan birinə dedim.
Zəngin Toskana mətbəxinin bilicisi kimi ciddi görkəm alıb belə dedi:

Ağrın alım, tərcümən qüsurludur. O pappare “basıf yemək” deməkdir…

Və bu adamın az sonra bir sini Qazax xəngəlini “aşırmasından” və ikinci sinini istəməsindən sonra tərcüməsinin doğru olduğuna, hətta italyanca bildiyinə də inandım…

İbarhim Nəbioğlu

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı