Sosial

Bələdiyyə seçkilərində nə qədər məhkum səs verəcək?

11 oktyabr / 12:57 2 dəq
B52c38f4 a32d 4f83 9ed7 a5fee3487556
11 oktyabr / 12:57
Burada sizin reklamınız ola bilər

Qarşıdan gələn bələdiyyə seçkilərində penitensiar müəssisələrdə saxlanılan 20 mindən çox şəxsin səs verəcəyi gözlənilir.

Bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunlara riayət olunmasına ciddi nəzarət edir və inzibati nəzarət səmərəsini verməkdədir: “Biz çalışmalıyıq ki, bələdiyyələrdə ən layiqli namizədlər təmsil olunsunlar”.

A.Cəfərov bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin seçki hüququnun təmin edilməsi vacib məsələlərdəndir: “Artıq 24 ildir ki, məhkumların seçki hüququnun təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edirik. Artıq penitensiar müəssisələrdə saxlanılanlar arasında bir seçki mədəniyyəti formalaşıb. Cəzaçəkmə müəssisələrində seçki prosesini izləmək üçün işlər aparılır”.

Paylaş
Burada sizin reklamınız ola bilər