Dünya

Belqradda müxalifətçilər şəhər administrasiyasının binasına basqın ediblər, prezident xalqa müraciət edəcək

25 dekabr / 09:14 1 dəq
Indir 2023 12 25T091258.016
25 dekabr / 09:14
Burada sizin reklamınız ola bilər

Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa çalışırlar.

Bu barədə “Qərb Xəbər” “TASS”a istinadən xəbər verir.

Nümayişçilər qapını yerindən çıxarmaq üçün bayraq dirəyindən istifadə edib, həmçinin pəncərəni sındırıb, binaya daş və pivə qutuları atmağa başlayıblar.

Eyni zamanda müşahidə kameralarını da məhv edilib. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

Yerli mətbuat isə bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciət edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər