Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Professor Yusif Osmanov:Azadlıq yolu məşəqqətli olsada zirvəyə aparır

23 dekabr / 14:06 2 dəq
Photo 5204064718849956720 y
23 dekabr / 14:06
Burada sizin reklamınız ola bilər
Bir bioloji fenomenin fəlsəfi anlamı.
Ürəkləri dəqiqədə 600 dəfə vuran siçanlar, bədən hərarətini stabil saxlamaq naminə, çox hərəkətli olurlar. Bu səbəbdən, intensiv enerji sərfini kompensasiya etmək üçün, mütəmadi qida qəbuluna məcburdular. Daima stres vəziyyətində yaşayan siçanlar təbiət etibarı ilə çox ehtiyatlı canlılardır. Potensial düşmənlərinin feromonlarını, instiktiv olaraq, selektiv duyma qabilliyətinə malik bu gəmiricilər yırtıcılar üçün çətin şikar sayılırlar. Amma bir yerə qədər… İlk baxışdan asan qida mənbəyi ilə qarşılaşan siçanlarda, ani olaraq, özünüqoruma refleksleri kəskin zəiflədiyindən azadlıqlarını, hətta canlarını belə, yemə görə qurban verə bilirlər. Fotoda nümayış olunan trivial eksperiment bunun bariz nümunəsidir. Qabla dolu qidanı xımır-xımır yeyən hürkək gəmirici, təhlükəni unudaraq, müəyyən zaman kəsiyindən sonra qabın dibinə çatır. Qida da bitir, azadlıq da. Öz tamahının badına gedən bu canlının taleyi artıq ona məxsus deyil.
İnsanlar arasında belə gəmiricilər məgər azmıdır? Hamının seçimi olur, hamının! Ya maneələrlə dolu çətin, lakin ləyaqətli bir yol, ya da qorxaqlıq, iradəsizlik və tamah ucbatından rahat görünən şərəfsizlik yolu. Üzdən şirnikləndirici gələn sərəfsiz yolun sonu yoxdur. Bir neçə addımdan sonra bir-birindən ağır tələlərə düşməyə məhkumsan və kimlərəsə ömürlük məhbussan; müvəqqəti toxluğa görə hürriyyətindən könüllü imtina etmiş, boz siçan zehniyyətlı köləsən. Azadlığı qazanmaq çətindir, itirmək asan. Yolu məşəqqətli olsa da zirvəyə aparır. İnsanlıq zirvəsinə.
Yusif Osmanov
Tibb elmləri doktoru,
Seçenov Universitetinin Patoloji anatomiya kafedrasının professoru
Bir sıçan görseli olabilir
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı