Dünya

Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb

22 dekabr / 10:15 1 dəq
A411026f 6a5c 3409 b5c1 ffefc53a1f5c
22 dekabr / 10:15
Burada sizin reklamınız ola bilər

Qəzza zolağında döyüşlərdə İsrailin daha iki hərbçisi ölüb.

“Qərb Xəbər” “The Times of Israel”ə istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Məlumata görə, 21 yaşlı leytenant Şay Ayeli Qəzza zolağının şimalında, 31 yaşlı baş çavuş Tell Şua bölgənin cənubundakı döyüşlərdə həlak olub.

Bildirilib ki, Qəzza zolağında keçirilən əməliyyatlarda ölən hərbçilərin sayı 139-a çatıb. Oktyabrın 7-dən başlayan müharibədə ölən İsrail hərbçilərinin sayı isə 471-ə yüksəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər