Dünya

Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib

21 dekabr / 13:35 1 dəq
Da2391e7 e7a4 3d6c a5dc ff6e82918a0c
21 dekabr / 13:35
Burada sizin reklamınız ola bilər

Çin Xalq Respublikası (ÇXR) böyük dövlətləri Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsində daha konstruktiv rol oynamağa çağırıb.

“Qərb Xəbər” məlumat verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin son bəyanatını şərh edərkən bildirib.

“Çin hesab edir ki, bütün tərəflər, xüsusilə də güclü dövlətlər Qırmızı dənizdə təhlükəsizliyinin təmin edilməsində konstruktiv rol oynamalıdırlar”, – o bildirib.

V.Venbin qeyd edib ki, Çin həmişə beynəlxalq su yollarının təhlükəsizliyini qorumağı və mülki gəmilərə hücumların qarşısını almağı müdafiə edib.

Xatırladaq ki, Miller bəyanatında Çinin Qırmızı dənizdə husi qiyamçılarının hücumları ilə mübarizədə fəal rol oynamalı olduğunu bildirib. Onun qənaətincə, bu hücumlar Pekinə zərər vurur.

Paylaş
Burada sizin reklamınız ola bilər