Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Ermənilərdən Qarabağ hədəsi: yeni müharibəyə bu tarixdə başlayacaqlar

21 dekabr / 09:37 2 dəq
Ermeni ordusu
21 dekabr / 09:37
Burada sizin reklamınız ola bilər

Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxıb.

“Qərb Xəbər” məlumat verir ki, Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edir.

“Ermənistan hökuməti sülh müqaviləsini elə hazırlayır ki, 20-25 ildən sonra nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, lakin bu sülh yox, müharibədir, sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürsən. 100 il əvvəl olmuş hadisələrə görə bu gün də Türkiyə ilə münasibətlər qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”, – o iddia edib.

Babayan Azərbaycanı dolayısı ilə hədələməyə cəhd göstərib. Bildirib ki, Qarabağda ermənilərə “muxtaruiyyət” verilməsə, heç vaxt sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edir.

Qeyd edək ki, Babayan Paşinyana yaxınlığı ilə seçilir. Erməni baş nazir ondan separatçıları parçalamaq, ümumiyyətlə, qondarma “artsax” ideyasını nəzarətə götürmək üçün istifadə edir. İstisna deyil ki, Babayanın Paşinyan hökumətini tənqid edən bu çıxışı məhz separatçılar arasında özünü “Qarabağda erməni gələcəyini düşünən” şəxs kimi göstərmək məqsədi daşıyır.

Publika.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı