Maraqlı

Hikmət Carçıyev(Orhun)-Əsəri oxunan yazıçı pul qazana bilirmi?

17 dekabr / 13:17 2 dəq
Hikmet
17 dekabr / 13:17
Burada sizin reklamınız ola bilər
Azərbaycanda hələ də ədəbiyyatla məşğul olub xoşbəxt olan adamlara çox gülürəm.
Deməli, bu gün “Baba Sahne”nin qurucusu, aktyor Şevket Çoruhun bir müsahibəsini gördüm.
Sual belədir: “Para kazana bilirim diye düşünüyor musun?”
Cavab: “Tiyatrodan mı? Tiyatrodan öğle bir şey yok! Ya tiyatro para kazanılır bir iş olsaydı, zaten bize yaptırmazlardı…”
Şahanədir!
Azərbaycanda bu fikir bütün incəsənət növlərinə aiddir, xüsusilə ədəbiyyata…
Məhz buna görə ancaq bizdə klassik ədəbiyyat nümayəndələrinin kasıblıqlarını, sürünməklərini, yeməyə çörək tapa bilməməklərini daimi gündəmdə saxlayır, tirajlayırlar:
“Şeirlərini satıb dolanırdı…”, “Qızı üşüməsin deyə hekayələrinin əlyazmalarını yandırırdı…”, “Sabun bişirirdi…”
Bu kimi hekayələrdən ilhamlanıb sonrakı nəsil də özlərinə yeni-yeni hekayələr yaradıblar, özlərini məhdudlaşdırıblar: “Şair ac olar…”
Hətta, Anar reputasiyasının düşdüyünü görüb tədbirlərin birində özünə olan münasibəti dəyişmək üçün corabının deşik, ayaqqabısının yamaq olduğunu demişdi.
Yəni bizdə ədəbiyyat adamları bədbəxt olmaq üçün doğulurlar, yaxud oxunmaq üçün özlərinə bədbəxtlik hekayələri uydururlar…
Oxunanda nə olur? Pul qazanırlarmı?
Yenə yox, uzağı kitab satıb nəşriyyata olan borclarını qarşılayır, dolanmaq üçün yenə redaktə, tərcümə etməli olurlar.
Niyə və nədən?
Əslində,necə etməli, vəziyyət çıxmaq üçün nələr etməli,hardan başlamalı?
-Bu barədə növbəti yazımızda..
Davamı var..
Paylaş
Burada sizin reklamınız ola bilər