Dünya

MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

13 dekabr / 12:52 1 dəq
650b25f2 59d7 3401 b05e c20617615936
13 dekabr / 12:52
Burada sizin reklamınız ola bilər

MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

“Qərb Xəbər” məlumat verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyada isə prezident seçkiləri martın 17-nə təyin olunub. Şimal qonşumuzun seçiciləri martın 15-dən başlayaraq üç gün ərzində səs verə biləcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər