Dünya

KİV: Fransa ordusu 22 dekabra qədər Nigeri tamamilə tərk edəcək

13 dekabr / 12:04 1 dəq
65796099652cc65796099652cd170245340165796099652ca65796099652cb
13 dekabr / 12:04
Burada sizin reklamınız ola bilər

Fransa ordusu 22 dekabra qədər Nigeri tamamilə tərk edəcək.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.

Agentlik Niger hərbi rəhbərliyinə istinadən qeyd edib ki, 1346 fransız hərbi qulluqçu və hərbi texnikanın 80 faizi artıq ölkəni tərk edib. Qalan hərbi kontingent isə bu ayın 22-si tarixinə qədər Nigerdən çıxacaq.

Həmçinin əlavə olunub ki, hazırda Nigerdə Fransa hərbi kontingentinin 157 üzvü qalır ki, onlardan 75 nəfəri texniki heyətdir.

Paylaş
Burada sizin reklamınız ola bilər