Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib

5 dekabr / 20:08 3 dəq
Indir 2023 12 05T200734.437
5 dekabr / 20:08
Burada sizin reklamınız ola bilər

Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da inkişaf etdirə bilər.

“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirlər ilə görüşündə deyib.

“Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bizim işimizin səmərəliliyini Xəzər Şurasının yaradılması, əməkdaşlıq forumu, heç bir bürokratik sxemsiz dialoq vasitəsilə artırmaq olar. Bugünkü iclasımız bu vəzifələrə həsr olunub, biz Xəzər sammitlərinin qərarlarının həyata keçirilməsi kontekstində mühüm əhəmiyyət kəsb edən mövzuların geniş spektrini müəyyənləşdirmişik və biz bir sıra praktiki məsələlərə, bir sıra sənəd layihələrinə diqqət yetirəcəyik, onları nəzərdən keçirəcəyik”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov deyib ki, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlıq Avrasiyada təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə töhfə verir.

O bildirib ki, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşməsi daha geniş mənada da aktualdır: “Mən çoxqütblü dünya nizamının formalaşması, dünya inkişafının yeni mərkəzlərinin mövqelərinin möhkəmlənməsi kontekstində nəzərdə tuturam. Bu kontekstdə Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiya qitəsində təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə mühüm töhfə verir”, deyə Lavrov qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı