Dünya

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfərə gəlib

24 noyabr / 09:01 1 dəq
9f0c0cd5 690c 385e 97d6 b08a09bb7fff
24 noyabr / 09:01
Burada sizin reklamınız ola bilər

Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

“Qərb Xəbər” məlumat verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş
Burada sizin reklamınız ola bilər