Sosial

Bu il 17 körpəyə Nəsimi adı qoyulub

27 sentyabr / 14:25 1 dəq
A0e740ff d0a8 48d4 baa1 7fcb90a5e7dd
27 sentyabr / 14:25
Burada sizin reklamınız ola bilər

Bu il Azərbaycanda Nəsimi adı qoyulan körpələrin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, cari il ərzində 17 uşağa Nəsimi adı qoyulub. Belə ki, ötən ilə nisbətən bu adın qoyulması halları 3.4 faiz artıb.

Qeyd olunub ki, ümumilikdə, son 5 il ərzində Azərbaycanda 56 uşağa Nəsimi adı qoyulub. 2015-ci ildə 11, 2016-cı ildə 12, 2017-ci ildə 11 və 2018-ci ildə 5 uşağa Nəsimi adı qoyulub.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər