Kateqoriyasız

Qərb zonasına qar yağıb

30 mart / 20:03 1 dəq
30 mart / 20:03
Burada sizin reklamınız ola bilər

Azərbaycanın qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Temperatur 10-12° aşağı düşüb.  Qazax, Ağstafa və Tovuz rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.

Tovuzun dağ kəndlərində qarın hündürlüyü 22 sm-ə çatıb. Rayonunun Muncuqlu, Qoşa, Şıxheybət və Çatax kimi dağ kəndlərində avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb. Adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsində də problemlər yaşanır.

Ötən gecə Qazaxın Məzəm, Fərəhli və Quşçu Ayrım kəndlərində intensiv qar yağması müşahidə olunub.

https://www.instagram.com/p/Bvb0upXBzZj/

Paylaş
Burada sizin reklamınız ola bilər