Bölgə xəbərləri

Gədəbəydə üç nəfər avtomobil qəzasında xəsarət alıb

11 noyabr / 10:02 1 dəq
Qəza
11 noyabr / 10:02
Burada sizin reklamınız ola bilər

Gədəbəy şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə, “VAZ” markalı avtomobilin maneə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri, 2007-ci il təvəllüdlü A.Həsənov, 2008-ci il təvəllüdlü E.Qarayev və 2002-ci il təvəllüdlü Q.Qədirov xəsarət alıb.

Onlardan A.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı avtomobildə 5 nəfər olub.

Paylaş
Burada sizin reklamınız ola bilər