Hadisə

Vaqif Xaçatryana 15 il həbs cəzası verilib

7 noyabr / 21:19 1 dəq
Indir 2023 11 07T211910.964
7 noyabr / 21:19
Burada sizin reklamınız ola bilər

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qərb Xəbər” məlumat verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər