Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Ermənistandakı əsirlərimizdən xəbər var – RƏSMİ

2 noyabr / 13:09 3 dəq
12
2 noyabr / 13:09
Burada sizin reklamınız ola bilər

Xəbər verdiyimiz kimi, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla həbs olunublar. H.Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilərək 20 il, A.Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum olunublar.

Maraqlıdır, şərlənərək həbs olunan əsirlərimizin azad edilməsi istiqamətində hansı addımlar atılır?

Bu barədə “Qərb Xəbər” bildirir ki, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə Globalinfo.az-a deyib ki, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir:

“Hərbi qulluqçularımızın qanunsuz həbsi ilə əlaqədar Ombudsman tərəfindən beynəlxalq və regional təşkilatlara ardıcıl müraciətlər edilib. Ermənistanda saxlanıldıqları müddət ərzində hüquqlarının təmin olunması, ailələri ilə videozəng vasitəsilə əlaqə imkanının yaradılması, qeyri-insani rəftara və zorakılığa məruz qalmaları ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunmuş, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanıb, görüşlər keçirilib”.

Rəşid Rumzadənin sözlərinə görə, Ombudsman aidiyyəti beynəlxalq qurumlara Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi”ndə verilmiş azadlıq hüququnun kobud pozulmasına səbəb olan “qərar”ın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirərək, əsirlikdə olan hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsini, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsini tələb edib:

“Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Qeyd olunanlarla yanaşı, Ombudsman tərəfindən Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri Aparatda qəbul edilib”.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı