Sosial

TƏBİB rəhbəri: “Bəzi regionlarda həkimlərin yaş həddinin dəyişdirilməsi ilə bağlı təklif vermişik”

2 noyabr / 12:47 2 dəq
B56d7c79 82e0 39d2 9afd ce7cf692489b
2 noyabr / 12:47
Burada sizin reklamınız ola bilər

“Bu ilin sonuna yaxın Azərbaycanda TƏBİB tabeiliyində olan tibb müəssisələrində xaricdə təhsil alıb ölkəyə qayıdan 10 həkim aktiv fəaliyyətə başlayacaq”.

“Qərb Xəbər” bildirir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bunlar əsasən Almaniya və Türkiyə Respublikalarında çalışmış həkimlərdir.

TƏBİB sədrinin sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün layihə həyata keçirilur: “Xaricdə təhsil alıb ölkəyə qayıtmış 79 həkim bu layihə üzrə işə başlayıb”.

V.Qurbanov əlavə edib ki, həkimlərin yaş həddi qanunvericiliklə tənzimlənir: “Lakin bəzi regionlarımız üzrə bununla bağlı təkliflər vermişik. Bəzi regionlarımızda həkim və tibb işçilərinin çatışmazlığını nəzərə alaraq, yaş həddi məsələsində müvafiq qurumlara təklifərimizi etmişik ki, bununla bağlı qanunvericilikdə bəzi məqamlar nəzərə alınsın. Hazırda bununla bağlı iş gedir”.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər