Bölgə xəbərləri

Gəncədə 34 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb

2 noyabr / 09:27 1 dəq
F7b7051dc6c8dec174a9f353c34614c0
2 noyabr / 09:27
Burada sizin reklamınız ola bilər

Gəncədə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə Kəlbəcər Rayon Prokurorluğu məlumat yayıb.

Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

İ.Babayeva

 

Paylaş
Burada sizin reklamınız ola bilər