Bu ay ABŞ və Çin liderləri arasında görüş olacaq
ABŞ Prezidenti Cozef Bayden noyabrın ortalarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
“Qərb Xəbər” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, liderlərin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində konstruktiv müzakirə aparacaqlarına dair prinsipial razılıq var.
Forumun dəqiq tarixi və görüşün gündəliyi açıqlanmayıb.
İ.Babayeva




