Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Tələbələr Cəbrayıl və Zəngilanda aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

1 noyabr / 10:18 2 dəq
Bf4be626 d6ab 3916 a1b8 2c8e2cbdc53c
1 noyabr / 10:18
Burada sizin reklamınız ola bilər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

“Qərb Xəbər” bildirir ki, səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və ali məktəb arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil edilib.

Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış etmək və onları gələcək iş həyatına hazırlamaqdır. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılmasına, eləcə də peşəkar mühəndislərin hazırlanmasına töhfə vermək və tikinti prosesini əyani göstərməkdir.

Belə ki, tələbələrin ilk getdiyi ünvan Cəbrayıl rayonunun Horovlu kəndi olub. Burada onlar tamamilə yenidən qurulan kəndin layihəsi ilə tanış olublar. Həmçinin, onlara kəhrizlərin bərpası prosesi haqqında ətraflı məlumat verilib.

Daha sonra, “Böyük Qayıdışın” ilk ünvanı olan Ağalı kəndinə gedən tələbələr, “Ağıllı” kənddə yaradılan şəraitlə tanış olublar. Onlar həmçinin yenicə istifadəyə verilən Zəngilan Konqres Mərkəzi Kompleksinə də baş çəkiblər.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı