Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycanda fındığın keyfiyyətinin artırılması üçün fəaliyyət planı hazırlanır

31 oktyabr / 12:09 4 dəq
83dd3ce2 d6a6 3082 aba7 ca0b839581a7
31 oktyabr / 12:09
Burada sizin reklamınız ola bilər

Azərbaycan fındığında aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılması ilə bağlı fəaliyyət planı hazırlanır.

“Qərb Xəbər”  “Report” istindən xəbər verir ki, bunu “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.

Onun sözlərinə görə, aflatoksin fındıqçılıqda istehsal və yığım prosesində yaranan xəstəlikdir: “Hazırda FAO tərəfindən həyata keçirilən “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsinin əsas məqsədlərindən biri məhz bu xəstəliyin təsirlərini azaltmaq üçün fermerlərin dayanıqlı fındıq becərilməsi, yığım sonrası emal və təhlükəsizlik üzrə potensialı yaxşılaşdırılmasıdır. Bu xəstəliklə mübarizə aparmaq üçün müasir metodlardan istifadə edilməsi məqsədilə layihəyə beynəlxalq qurumlar, tədqiqat institutları cəlb edilib. Əsas məqsədimiz – layihə çərçivəsində tək istehsalçıları deyil, bütün dəyər zəncirinin iştirkaçılarını cəlb etməklə onların saxlanma və digər zəruri tədbirlər haqqıda praktiki və nəzəri bilik və bacarıqlarının artırılmasıdır”.

B. Mehdiyev qeyd edib ki, Azərbaycan fındıq istehsalının ən böyük payına malik ilk 5 ölkə sırasına daxil olub: “Bu səbəbdən də Azərbaycan fındığının ixrac potensialı daha da artırmaq üçün potensial var”.

O bildirib ki, layihə çərçivəsində pilot olaraq fındıq istehsalı olan rayonlarda təsərrüfatlar seçilib, afratoksin xəstəliyi ilə mübarizənin aparılması üçün fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrin (GAP) tətbiqi məsləhət görülür.

B. Mehdiyev deyib ki, bu yaxınlarda Bakıda “Fındıqçılığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək: “Həmin konfransda layihə çərçivəsində istifadə olunan təcrübələr və layihənin yekunlaşdırılması ilə bağlı məlumatlar təqdim ediləcək. Müxtəlif ölkələrin təcrübələri ilə bölüşmək imkanı yaradılacaq”.

Bu layihənin ümumi dəyəri 1,3 milyon ABŞ dolları təşkil edir və əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır.

Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir. Fındıq bağlarından 67 min tondan çox məhsul yığılır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 70,5 milyon ABŞ dolları dəyərində 14 min 144 ton meşə fındığı ixrac edib. Hesabat dövründə Azərbaycan Rusiyaya 34,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % çoxdur) 7 min 390 ton (+64 %), Almaniyaya 13,2 milyon ABŞ dolları dəyərində (+25 %) 2 min 347 ton (+40 %), İtaliyaya 9,3 milyon ABŞ dolları dəyərində (-60 %) 1 min 674 ton (-56 %), İsveçrəyə 4,7 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 780 ton (+5,6 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 376 ton (+18 dəfə) məhsul satıb.

Mələk.M

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı