Dünya

Qarabağda sülhməramlıların əməliyyat zonasının adı dəyişdi

28 oktyabr / 09:35 1 dəq
73b53c07 18a3 3fdb b86f 82520e9a7a0b
28 oktyabr / 09:35
Burada sizin reklamınız ola bilər

Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülleteninə əsasən, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” adlandırıb.

Bu barədə “Qərb Xəbər” TASS-a istinadən xəbər verir.

Əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər