Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Antiterror tədbirlərində şəhid olan hərbçilərin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

28 oktyabr / 09:16 2 dəq
Indir 2023 10 28T091453.686
28 oktyabr / 09:16
Burada sizin reklamınız ola bilər

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların ailə üzvlərindən ibarət 549 şəxsə Prezidentin aylıq təqaüdü təyin olunub.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu artıq bununla bağlı qərar qəbul edib.

Məlumata görə, habelə şəhidlərin 234 vərəsəsinə, eləcə də antiterror tədbirləri zamanı xəsarət alan hərbçilərdən 38 nəfərə dövlət icbari şəxsi sığorta ödənişi təyin edilib və bu istiqamətdə işlər davam edir.

“Şəhid ailələrinə pensiya və müavinətlərin də təyin olunması üçün aidiyyəti qurumlardan məlumatlar toplanmaqla işlər aparılır. Sosial ödənişlər şəhid ailələrinə müraciət olunmadan, e-sistemlər üzərindən proaktiv qaydada təyin olunur və onların adlarına kartlar sifariş edilir”, – nazirlikdən bildirilib.

Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Eyni zamanda 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı