Dünya

Ermənistanda səfərdə olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə gedib

26 oktyabr / 11:29 1 dəq
653a0d44363f8653a0d44363f91698303300653a0d44363f6653a0d44363f7
26 oktyabr / 11:29
Burada sizin reklamınız ola bilər

Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuxa (İstisu) gedib.

“Qərb Xəbər” “armenpress”ə istinadən xəbər verir ki, Kanada XİN rəhbəri Cermuxdakı Avropa İttifaqı Monitorinq Missiyasının mərkəzinə gedib.

“Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermuxda olmaq çox xoşdur. Kanada bu missiyaya qoşulan ilk qeyri-Aİ ölkəsidir. Biz logistika məsələlərini müzakirə edəcəyik”, – kanadalı nazir Aİ müşahidəçiləri ilə görüşdə deyib.

Kanadanın xarici işlər naziri səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək, Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüş keçirəcək.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər