Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Fələstin xalqı 56 ildir işğala məruz qalıb

25 oktyabr / 15:52 2 dəq
Bmt nin ba katibi antonio quterre
25 oktyabr / 15:52
Burada sizin reklamınız ola bilər

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzzanı atəşə tutduğu bir vaxtda beynəlxalq hüquq pozuntuları baş verdiyini iddia edib. O, dərhal humanitar atəşkəsə çağırıb.

“Qəzzada beynəlxalq hüququn aşkar pozuntularını müşahidə etməyimizdən dərin narahatlıq keçirirəm. Aydın deyim: Silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil”, – Quterreş İsrailin adını çəkmədən Təhlükəsizlik Şurasının iclasında deyib.

Misirlə Qəzza arasındakı “Rəfah” keçidinə şəxsən gedən Quterreş oradan üç yardım konvoyunun keçməsini alqışlayıb, ancaq bunun “dəryada damla” olduğunu deyib.

“HƏMAS-ın hücumunun boşluqda baş vermədiyini anlamaq çox vacibdir. Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Ancaq Fələstin xalqının iztirabları da HƏMAS-ın dəhşətli hücumları üçün əsas ola bilməz. Və bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv cəzalandırılmasını əsaslandıra bilməz”, – Quterreş vurğulayıb.

İsrailin BMT-dəki səfiri Qilad Erdan Quterreşin çıxışını “şokedici” adlandırıb. O, X platformasında Quterreşi dərhal istefaya çağırıb. İsrailin xarici işlər naziri Eli Koen isə deyib ki, Quterreş ilə, planlaşdırıldığı kimi, oktyabrın 24-də görüşməyəcək.

“Qərb Xəbər”  AzadliqRadiosunun instagram platformasına istinadın xəbər verir.

Mələk.M

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı