Hadisə

Yaşar Gülər: “Bu gün Azərbaycanda çox önəmli təlim keçirilib”

24 oktyabr / 16:21 2 dəq
F88b1c4a 8fca 37ab 860a 1b31db5c334b
24 oktyabr / 16:21
Burada sizin reklamınız ola bilər

“1-2 saat ərzində müasir hərbin tələblərini yerinə yetirdiyinizi gördük və məmnun olduq. Hamınızla qürur duyuruq”.

“Qərb Xəbər” bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər oktyabrın 24-də “Mustafa Kamal Atatürk – 2023” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə şəxsi heyətə müraciətində deyib.

O bildirib ki, bu gün Azərbaycanda çox önəmli təlim keçirilib: “Təlimlərin əhəmiyyətini hər birimiz bilirik. Bu təlimləri bu il iki dəfə keçiririk. Birincisi, Türkiyə Cümhuriyyətinin 100-cü ilini qeyd edirik. İkincisi də, böyük liderimiz Heydər Əliyevin anadan olmasının yüzüncü ilidir. Ona görə də bu təlimləri iki dəfə keçiririk. Hamınızı izlədik və qürur duyduq. Allah hamınızı qorusun. Sizə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimində oktyabrın 24-də “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.

10e06833-667a-3858-8177-791195294743 058fc220-5873-3544-938a-3f4df143cf04 2368e504-c73a-35a2-aba2-96d0d391049c 8189df81-b205-3aeb-a6e6-e19a2f59ea24 fa2b28e1-a9bb-3b31-bf27-af0e8ea53f64 b3b3b4ab-7e41-3d5e-8f88-a467fd5951e8 605cd0d4-1b90-3204-9cf8-b47825cbda51 ffbb114c-b6bb-3348-a5cb-a999fbfbe89e f177f24a-8948-3fd5-80bb-0e0770c37328 f88b1c4a-8fca-37ab-860a-1b31db5c334b_850

Paylaş
Burada sizin reklamınız ola bilər