İqtisadiyyat

4 rayonunun qaz təchizatı məhdudlaşdırılıb

13 sentyabr / 10:48 1 dəq
Ceb453d8 616b 4384 95e0 a2a9e8598713
13 sentyabr / 10:48
Burada sizin reklamınız ola bilər

Bu gün saat 09:00-dan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri ilə əlaqədar Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda həmçinin deyilir ki, orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsində və aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər